Konstitusiya

Azərbaycan Respublikasının konstitusiyası Azerbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir(maddə 147.I)

Onlayn qəzet


Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

09/11/13

bayraqBu gün Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur. Bu bayram prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamı ilı təsis edilib. 2009-cu il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Nəticədə Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr tarixi qeyri-iş günü sayılıb.
Ölkə başçısı bu qərarı qəbul edərkən Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alıb, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin edib. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar vermişdi.Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Azərbaycanın dövlət bayrağı yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarətdir.1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət bayrağını bərpa edilib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.Bakının Bayıl qəsəbəsində dünyanın ən hündür bayraq dirəyi inşa edilib və Dövlət bayrağı meydanı salınıb.20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metrdir. Burada dalğalanan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Bu bayraq Ginnesin Rekordlar kitabına düşüb.

 

İlham Əliyev: “Media artıq ikinci hakimiyyətdir”

02/11/13

prezident_forum_249t67“Beynəlxalq səviyyədə tanınmış ərazilərimiz uzun illərdir, ermənilərin işğalı altındadır. Azərbaycan humanitar fəlakətlə üzləşib. İşğal edilmiş ərazilərdə bütün mədəni sərvətlərimiz, tarixi və milli abidələrimiz dağıdılıb”.
Konstitusiya.info APA-ya istinadən bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında deyib.
Dövlət başçısı ATƏT-in iki dəfə əraziyə faktaraşdırıcı missiya göndərdiyini, onların sənədlərində də Azərbaycanın mədəni, milli abidələrinin dağıdıldığının əksini tapdığını qeyd edib: “Əfsuslar olsun ki, beynəlxalq təşkilatların qərarları icra edilmir. Bu dözülməz faktdır. Bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələr saatlar içində icra olunur, bizə gələndə, 20 ildən artıqdır, uzanır. Bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma yurduna, doğma torpağına qayıtmalıdır. Bu, çox böyük humanitar fəlakət ölkəmizin ümumi inkişafına ciddi zərbə vurur”.
Prezident çıxışında qeyd edib ki, Azərbaycan əsrlər boyu tolerantlıq məkanı olub. “Bu gün Azərbaycanda bütün dinlərə və millətlərə məxsus abidələr qorunur, onların bərpası və yenidən qurulması dövlətin diqqət mərkəzindədir”.
Prezident bildirib ki, multikulturalizmin müsbət tərəfləri təşviq edilməlidir: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. 21-ci əsrdə multikulturalizmə alternativ yoxdur. Biz ksenofobiya, islamofobiya kimi xoşagəlməz məsələlərə birmənalı yanaşa bilmərik. Biz bəzən başqa fikirlər eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Hesab edirəm ki, biz bu məsələdə dünyaya müsbət təcrübə göstərməliyik. Azərbaycanda bu sahədə toplanmış təcrübə müsbət təcrübədir. Humanitar forumun Bakıda keçirilməsi, hesab edirəm ki, bu müsbət təcrübənin nəticəsidir”.
Dövlət başçısı ölkədə aparılan iqtisadi və sosial islahatlardan danışıb. O deyib ki, 20 ildir Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri üzərində qurub: “İqtisadiyyat 3,4 dəfə, büdcə gəlirləri 20 dəfə, maaşlar təxminən 6, pensiyalar 9 dəfə artıb, yoxsulluq 5,5%-ə enib. Bütün bunlar iqtisadi islahatların nəticəsidir. Azərbaycan hakimiyyətinin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Biz iqtisadi islahatların aparılmasında öz daxili imkanlarımıza güvənirik. Ona görə də xarici borcumuz ÜDM-nin 8-9%-ni təşkil edir. İstədiyimiz vaxt onu qaytara bilərik”.
İ. Əliyev Azərbaycanda internetin azad olduğunu, əhalinin 70%-inin internet istifadəçisi olduğunu söyləyib: “Belə olan halda azad medianın inkişafı əsas şərtdir. Bu gün insanlar informasiyanı internetlə alır. Əfsuslar olsun ki, dünya mediasında və Azərbaycan mediasında qanqaraldıcı xəbərlər ön plandadır. Azərbaycanda azad media mövcuddur. Burada mediaya heç bir təsirdən söhbət gedə bilməz. Media 4-cü hakimiyyətdir deyirlər. İnternet dövründə deyə bilərəm ki, artıq ikinci hakimiyyətdir”.
Dövlət başçısı qeyd edib ki, hazırda dünya siyasətində etimad böhranı yaşanır, dövlətlərin bir-birlərinə etimadı azalır: “Etimad olmadan heç bir beynəlxalq əməkdaşlıqdan söhbət gedə bilməz. Qarşılıqlı əməkdaşlıq səmimiyyət, etimad üzərində qurulmalıdır”.
Prezident İlham Əliyev onu da əlavə edib ki, bu gün dünyada dini zəmində münaqişələr Azərbaycanı çox narahat edir və bu, çox təhlükəli tendensiyadır. O, 2015-ci ildə Bakıda birinci Avropa Olimpiya Oyunları, ondan iki il sonra isə İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini vurğulayıb.
Prezidentin çıxışından sonra Rusiya prezidenti Vladimr Putinin, BMT baş katibi Pan Gi Munun, UNESCO-nun baş direktoru xanım İrina Bokovanın müraciətləri oxunub.

Konstitusiya .info

Diskdən səsləndirmə

26/10/13

Tapdıq Əlibəyli    AZƏRBAYCAN   (şeirləri səsləndirib: müəllif)

disk-Azərbaycan

File MP3Döyüşçü yarası çətin sağalar                         File MP3  Vətənin nicatı əsgərindədi

File MP3Əzəldən                                                                     File MP3 Şəhid məzarı
File MP3Azərbaycanım                                                        File MP3Mübariz
File MP3Görsün qarı düşmən türk qüdrətini             File MP3  Haqqa tapınaq
File MP3Nəsillər soraqlar igid oğlunu                            File MP3Kini ədavəti düşmən seçibdi
File MP3Sinəsi dağlı dağlar                                                 File MP3 Ağlama, ay ana
File MP3Qisasa səsləyir torpağın ahı                               File MP3Qoyma gözü yaşlı el ismətini
File MP3Kəfənim əynimə geydiyim mündir                 File MP3  Sənin
File MP3
Qanina qəltan Xəcalı

POEZİYA

24/10/13

poeziya

Fiqən Anar

Figen ANAR
GELİYORUM…
Sıra sıra diziliyor yollarım,
Sırat köprüsünden sanki geçiyorum
Birden sana yalandan ulaşıyorum.
Uzak geliyor sevdam;
Her adımım ayrılık,
Her adımım özlemle atılıyor
Sana gerçekten kavuşamıyorum…
Ətraflı oxu…

Prezident və onun komandasına daxil olan nazirlər nə qədər maaş alacaq?

24/10/13

mushavireye9 oktyabrda keçirilmiş seçkilərdən sonra Azərbaycanın növbəti 5 il üçün prezidenti and içdi və Nazirlər Kabinetinin yeni tərkibi formalaşdı.
Prezident İlham Əliyevin növbəti 5 il komandasını bəzi dəyişikliklə təzələdi. Artıq qarşıdakı 5 ildə hansı nazirliyə kimin rəhbərlik edəcəyi ictimaiyyətə məlumdur.
Maraqlıdır bəs Azərbaycanda ali post tutan prezident və onun komandasına daxil olan nazirlər nə qədər maaş alacaq?
Modern.az saytının araşdırmasına görə, Azərbaycan prezidenti İlham Əliyev 8 ildir eyni məbləğdə maaş alır – 15 000 manat. Azərbaycan prezidenti öz maaşının artırılmasını 2005-ci ildə dayandırıb. Onun təşəbbüsü ilə Azərbaycan prezidentinin «minimum əmək haqqının 600 misli» qədər maaş alması müddəası Seçki Məcəlləsindən çıxarılıb və dövlət başçısının maaşı 15 min manat müəyyən edilib. Həmin dövrdən bəri ölkədə minimum əmək haqqı dəfələrlə artırılsa da, bu, prezidentin maaşına təsir etmir.
Azərbaycanda Baş nazirin aylıq məvacibi 2406 manatdır. Baş nazirin 1-ci müavini 2125 manat, müavinləri isə 2031 manat maaş alırlar.Hökumətin tərkibində yer alan nazirlərin, komitə və fond sədrlərinin aylıq maaşı isə 1875 manat təşkil edir.

Konstitusiya.info

AYB-YƏ 535 MIN MANAT AYRILACAQ

24/10/13

yazıçılar birliyi

Gələn il Azərbaycanda 3 yaradıcı təşkilatın saxlanılmasına dövlət büdcəsindən ümumilikdə 1 milyon 145 min 293 manat vəsait ayrılacaq.
APA-nın məlumatına görə, Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsində Yazıçılar Birliyinə ayrılacaq vəsaitin 11,4%, Bəstəkarlar İttifaqına və Rəssamlar İttifaqına ayrılan vəsaitin isə 18,3% artırılması nəzərdə tutulur.
Gələn il dövlət büdcəsindən Yazıçılar Birliyinə 535 615 manat, Bəstəkarlar İttifaqına 402 439 manat, Rəssamlar İttifaqına isə 207 239 manat vəsait ayrılması planlaşdırılır.

Konstitusiya.info

Səfər Əbiyev və Füzuli Ələkbərov Azərbaycanın yeni hökumətində yer almayıblar

22/10/13

Azərbaycan Prezidenti İlham Əliyev bu gün yeni kabinetin tərkibini təsdiqləyib.

16822 sefer ebiyev.....

Prezidentin sərəncamı ilə sabiq müdafiə naziri  Səfər Əbiyev və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yeni hökumətdə yer almayıb. Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri isə Səlim Müslümovdur.
Qeyd edək ki, Zakir Həsənov indiyə qədər Daxili Qoşunların komandanı, Səlim Müslümov isə Dövlət Sosial Müdafiə Fondunun sədri olub.

Konstitusiya.info

Xəbərlər

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi: bəzi nazirlər dəyişdirildi

22/10/13

prezidentsidaciy1Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
AzərTAc-a istinadən sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:
1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;
1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Abid Qoca oğlu Şərifov;
1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Elçin İlyas oğlu Əfəndiyev;
1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;
1.5. Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Əli Şamil oğlu Həsənov;
1.6. Azərbaycan Respublikası Baş nazirinin müavini – İsmət Dursun oğlu Abasov;
1.7. Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;
1.8. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Hüseynqulu Seyid oğlu Bağırov;
1.9. Azərbaycan Respublikasının energetika naziri – Natiq Ağaəmi oğlu Əliyev;
1.10. Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;
1.11. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Səlim Yanvar oğlu Müslümov;
1.12. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;
1.13. Azərbaycan Respublikasının gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov;
1.14. Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;
1.15. Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri – Şahin Abdulla oğlu Mustafayev;
1.16. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – Heydər Xanış oğlu Əsədov;
1.17. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;
1.18. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri – Əbülfəz Mürsəl oğlu Qarayev;
1.19. Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri – Eldar Əhməd oğlu Mahmudov;
1.20. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;
1.21. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov;
1.22. Azərbaycan Respublikasının nəqliyyat naziri – Ziya Ərzuman oğlu Məmmədov;
1.23. Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri – Əli Məmməd oğlu Abbasov;
1.24. Azərbaycan Respublikasının səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev;
1.25. Azərbaycan Respublikasının təhsil naziri – Mikayıl Çingiz oğlu Cabbarov;
1.26. Azərbaycan Respublikasının vergilər naziri – Fazil Əsəd oğlu Məmmədov;
1.27. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova;
1.28. Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri – Nazim Hüseyn oğlu İbrahimov;
1.29. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Elşad Hüseyn oğlu İskəndərov;
1.30. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri – Aydın Əli oğlu Əliyev;
1.31. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri – Arif Mikayıl oğlu Vəliyev;
1.32. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Abbas Abbas oğlu Ələsgərov;
1.33. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri – Qərib Şamil oğlu Məmmədov;
1.34. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov;
1.35. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri – Rüfət Cəbrayıl oğlu Aslanlı;
1.36. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri – Ramiz Ayvaz oğlu Həsənov;
1.37. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi – Firudin Hilal oğlu Nəbiyev;
1.38. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;
1.39. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov;
1.40. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi – Qüdrət Qəmbər oğlu Qurbanov;
1.41. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru – Fuad Hidayət oğlu Quliyev;
1.42. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi – Ataxan Əvəz oğlu Paşayev.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.


Konstitusiya.info

Prezident nazirlərlə bağlı SƏRƏNCAM verdi

21/10/13

prezident_serencam_imzalayirPrezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb.  Rrezidentin rəsmi saytına görə dövlət başçısı əvvəlki hakimiyyət komandasının hələlik saxlanılmasını qərara alıb.
Sərancamda bildirilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”

Konstitusiya.info

BABA YURDUMUZ MÜQƏDDƏS ƏMANƏTDİR

21/10/13

BABA YURDUMUZ MÜQƏDDƏS ƏMANƏTDİR

 Qələmin  müqəddəs  vəzifəsi  millətin  xoşbəxtliyi  yolunda  xidmət  göstərməkdir.       

                                               CƏLİL  MƏMMƏDQULU ZADƏ

Ana  yurdumuz  Azərbaycanımızı  qorumaq,  əzizləmək,  yaşatmaq  və  dünyavi  bir dovlət  kimi
tanıtmaq  dünya Azərbaycanlılarının  və Azərbaycan  vətəndaşlarının  ülvi  və  hec  bir  varlıqla  əvəz  edilməyən müqəddəs vətəndaşlıq  borcudur.  Onu  necə  qoruyursan,  üstündə  hansı  ürəklə  yaşayırsan,
öz  ömürünlə  onun  omrünə  nə əlavə  edirsən?!   Onun  şərəfli  oğlu  və  qızı  olmağa  layiqsənmi?!
Bu  sual  dolu  düşüncələrdən hələ  nə  qədər  arzu və  istəklər  meydana  gəlir.  Yaşadığımız  ömür  müddətində
əcdadımızın  sümüyü  ilə  bərkimiş  torpağımızı lazımınca  gəzib  dolandınmı,  ulu
babalarımızın  başının  üstündə  kükrəyən  qara  yellərdən  hec  olmazsa  xəbər tutdunmu,
keşməkeşlərlə  dolu  böyük  tariximizi  varaqlamağa  və  onu  gələcəyə  catdırmağa  qanın
qaynadımı?! Coxdur  bu  suallar,  bu  duyğular…Bir  necə  cavan  yol  ilə  gedirmişlər.
Görürlər  ki,  bir  qoca  kişi  yolun kənarında  qoz   ağacı  tingəsi  əkir. Cavanlar  qocaya  gülür,  ondan soruşurlar; -  əmi  nə  ağacı  əkirsən?  Qoca  cavab  verir  ki,  əziz balalarım,  əkdiyim qoz  ağacı  tingəsidir .
Cavanlar  soruşur:
- Əmi  sənin  ömrün  onun  barından  yeməyə  catacaqmı?
Müdrik  qoca  cavab  verir  ki,  əkiblər  yemişik,  əkirəm  yesinlər.
Bu  fikirlər  kecmişimizlə,  tariximizlə  yaşayan  və  maraqlanan  bir  asaqqalın  fikirləridir.
Arzu  və  istəyimə  uyğun tarixi  məqamlara səyahətə  cixmaq,  bir  ağsaqqal  kimi  günün
aktual  problemlərinə  münasibət  bildirməyi
özümə borc  bildim. Təbii  ki, bu  məsələlərdə müəlliflə  oxucular  bu  və  ya  digər  baxımdan
müəyyən  mübahisələrə girişə bilər.  Bu  mənada  oxuculara  əvvəlcədən  oz  minnətdarlığımı bildirirəm.

Mənə  elə  gəlir  ki, hər  kəs  xəyalən  də  olsa  gecə  və  gunduz  öz atını  yəhərləyərək  Vətəninin
ətrafında  cövlan  etdirməlidir.  Babaların ruhu  da  sakitləşməlidir . (Allah  onları  rəhmət   eləsin,
ruhları  şad  olsun)Lakin  insan  ruhunun  da  öz  qanunlari  var!  Dövr  dəyişdikcə  silahlar  da
dəyişilib,  istismar  və  ölüm  növləri yeniləşsə  də,  hücum  və müdafiənin  yüz-yüz   texniki
köməkçiləri  yaransa  da,  məmləkətin ətrafına  atla  yox, səsdən  surətli  təyyarələrlə  dolansaq  da  yurdu,  ocağı qorumaq   qabiliyyəti,  Vətən  sevgisi  öz  əbədi  təravətini  və gücünü  hec vaxt   itirmir.
Görünür  insan  bu  sevgiyə  sökənəndə  dünyanın  bütün gücü  onun  qoluna  toplanir,
səmanın  nurlu  işığı  onun  fikirinə  dolur.
Texniki  tərəqqi  bizi  cox  şeylərlə  silahlandırıb  və  cox  şeydən  də məhrum  edib.  Müasir
həyatın  əlimizdən aldığı  gözəlliklərdən  biri  də səyahətdir.  Deyə  bilərlər,  əksinə,  axı  indi
səyahət   marşrutları  daha  da uzanıb, hətta aya  catıbdır . Qatarlar,  gəmilər,  təyyarələr,
minik avtomobilləri  və şükürlər olsun indi  eldən-elə,  qitədən-qitəyə milyon-milyon  adam
daşıyırlar. Şükürlər olsun yaradana suni pekimiz fəzada müvəffəqiyyətlə hərəkət edir.  Aradakı nəhəng  dünya  dağları,  düzənləri,  cayları  ilə  üzümüzə  bağlı qalırlar.  Səyahət
deyəndə  yol  ağrılarının  bütün anlamlarını  yaşamağı, gecələri  oyaq  qalmağı,  çayları   vadiləri,
yolları  adlamalı  bütün  bu yerləri  addım-addım gəzməyi  nəzərdə  tuturam.
Azərbaycan  acıq  kitab  kimidir.   Bəzi  səhifələri  üzərinə  su  dağılmış  yazı  tək  qarışıb,  oxunmaz
olub… Arazın  güney  tərəfi,  qərbi  Azərbaycan,  Dağlıq  Qarabağ  və  onun  ətrafı  bizim  üçün  ancaq
nağıldır, gözyaşıdır…   Güney  tayına  yalnız  tarix kitablarının  səhvələrindən  baxırdıq.  Ora ancaq  arzularımızda,  qədim karvan  yolları  ilə  gedə  bilərdik. Şükürlər olsun indi qismən gəzib dolaşa
bilirik.  Arazın  şimalı  isə  az  qala  qarış-qarış  gəzmişik.
Mənim  üçün  Azərbaycan   dünyanın  yarımkürələr  xəritəsi  kimi  iki  tərəflidir.  Bir tərəfində  dağı,  dərəsi, şəhəri,  kəndi,  faydalı  qazıntıları,  tarixi  abidələri…   Hər şey  öz  yerində,
hər  şey  aydındır.  Gözü  bağlı barmağımızla   haranı  desən  göstərə  bilərik.  Digər üzü  isə  kontur
xəritəyə  bənzəyir.  Onu  xəyalən  tamamlayarıq.
Şimali  Azərbaycanımızı  qanadlarını  geniş  açıb  uçan qartala ;  -Abşeron  qartalın  əyri  dimdiyinə,
Bakını  isə qartalın  gözünə  bənzədirlər!
Bir  dəfə  İran  şahı  Azərbaycanın  müstəqilliyi,  İrandan  ayrılıb  ayrıca demokratik  Respublika
qurması söhbətinə  münasibətini belə  bildirib  ki,  xəritəyə  baxın,  İran yatmiş  şirə bənzəyir,  Azərbaycan onun  başıdır, kəsilsə  ölkə  başsız  qalar!  Bu,  şahın fikiri  deyil.  Çünki  qədimdən  bəri  bütün
İran  tarixçiləri  də  Azərbaycanı İran  imperatorluğunun  başı  hesab  etmişlər.
(Bax:  Azərbaycan  və  ədəbi  inqilab.  Tərtib  edəni   Doktor Cəmaləddin  Fəqihe.)  Şimali  Azərbaycanın
üstündə  fikirimiz  qartal  həvəsiylə  qanadlansa  da,  Cənuba – şirin başına  əl  uzada  bilmirik.  Və  şirin  qəzəblə  yanan  gözlərini  unudub,  uzun  muddətdən  sonra
təzdən tanıdığımız əzizimiz  kimi, onu  sinəmizə  sıxmaq  istəyirik!..

          müəllif Qadir Əliyev                    

 

Qadir  Əliyev

 Aktual